H Ü S E Y N Z A D Ə
6 Avqust, 2023

Vəsiyyətnamə nədir və necə tərtib olunur?

Vəsiyyətnamə nədir və necə tərtib olunur?

Mülki hüququn ən çox müraciət edilən institutlarından biri də vərəsəlik hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10-cu bölməsi məhz vərəsəlik hüququna dair normaları özündə ehtiva edir.

Qanunvericilikdə vərəsəliyin 2 forması – qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik nəzərdə tutulmuşdur.

Qanun üzrə vərəsəlik – vəsiyyətnamənin olmadığı təqdirdə və yaxud vəsiyyətnamədə nəzərdə tutulmayan miras əmlakın növbəlilik əsasında vərəsələr arasında bölüşdürülməsinə əsaslanır.

Vəsiyyət üzrə vərəsəlik - fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün şəxs vəsiyyətnamə tərtib etməlidir.

Vəsiyyənamə necə tərtib edilməlidir?

Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

Vəsiyyətnamənin notariat forması onu nəzərdə tutur ki, vəsiyyətnamə  vəsiyyət edən tərəfindən tərtib edilməli və imzalanmalı, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilməlidir.

Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

Vəsiyyətnamə vəsiyyət edən tərəfindən şəxsən tərtib edilməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

Vəsiyyətnamə mütləq şəkildə notariusda tərtib edilməlidir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1186-cı maddəsi ev vəsiyyətnaməsi adlanır. Həmin normaya əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər.

 Şəxs hansı formada vərəsəlikdən məhrum edilə bilər?

Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

Əgər şəxs vəsiyyətnamədə bütün əmlakını uşaqlarından birinə vəsiyyət edibsə, digər uşaqların həmin mirasda payı varmı?

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Yəni, vəsiyyət edən vəsiyyətnamədə bütün əmlakını bir uşağına vəsiyyət edibsə, digər uşaqlarına həmin əmlakdan heç bir pay vəsiyyət etməyibsə, həmin uşağın ixtiyarı var ki əmlakı əldə edən vərəsədən həmin mirasdakı məcburi payını alsın. Məcburi payın həcminə gəlincə əgər həmin əmlak vəsiyyət edilməsəydi və qanun üzrə vərəsələr (indiki halda uşaqlar) arasında bölünsəydi, hər bir uşağa düşən pay nə qədər olardısa, həmin payın yarısı qədər öz məcburi pay almaq hüququ yaranır.

 

Şərhlər

  • Yegane Zamanzade

    13 Oktyabr, 2023

    Salam, ata emlakini vesiyyetname ile bir evladina qoyubsa və həyat yoldaşı sagdirsa (əmlak evlilik zamanı ozellesibse ) əmlak necə bolunur

    • Hicrət Hüseynzadə

      28 Dekabr, 2023

      051 949 86 58 nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat verməklə cavab ala bilərsiniz.

  • Nuriyye

    5 İyun, 2024

    Salam eger atam mulkunu 3qizina vesiyyet edibse olumunden 10il kecibse Bu 3qizdin 1-i oz haqqini diger qizlardan teleb ede biler? Ve hara muraciet etmelidir

    • Hicrət Hüseynzadə

      9 İyun, 2024

      Salam, işin hallarından asılıdır. Vəsiyyətnamənin mövcud olub-olmaması, şəxsin vərəsəliyi qəbul edib-etməməsi məsələsini müəyyən etmək lazımdır. Əlaqə saxlaya bilərsiniz: 051 949 86 58

  • Melehet

    21 Avqust, 2024

    Salam .Eger ata rehmet e gedenden sonra 10-15 il emlak vereseliye muraciet edilneyib .Sonra arvadin adini kecirilib — bo olarmi 6 Aydan da cox kecib , ve sonra da ana gizi a vesiyyetname verib. Onda ogling ne catir

  • Camal

    21 Avqust, 2024

    Salam.bacim mene vesiyyetname yazib.o 2ildir ki vefat edib.vesiyyetname hele de kecerlidirmi?yoxsa vereseliyi qebul etmek ucun her hansi bir vaxt limiti varmi?cox sag olun

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam. Mülki qanunvericilikdə əvvəl belə bir norma vardı: "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər". Bu norma artıq qüvvədən düşüb. Buna görə də mirası qəbul edə bilərsiz.

  • Camal

    21 Avqust, 2024

    Salam.bacim mene vesiyyetname qoyub.olumunden 2 il kecib.bilmek isteyirem vesiyyetname quvvededirmi.

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, analoji şərhiniz cavablandırıldı, bəli.

  • Nergiz

    28 Avqust, 2024

    Salam ata sagdir vesiyyetname ile natarusda tesdiqle 4neferin şahidliyi ile adina olan her şeyi bir evladina verib bu zaman diger evladlarin miras uzerinde haqqi qalirmi?

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, digər övladların mirasdan məcburi pay almaq hüququ var.

  • Əlizaman

    4 Sentyabr, 2024

    Mən çıxarışlı mənzilimin mülkiyyət hüququnu kiçik qızıma vermək istəyirəm Nə edim?

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, zəruri sənədləri (ev üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi, nikahdasızsa yoldaşınızın razılığı, evdə qeydiyyatda olanların razılıq sənədi və s.) toplamaqla notariat ofisinə müraciət edə bilərsiz.

  • NazNaz

    17 Sentyabr, 2024

    Öyrənmək istərdim ki 23 yaşındakı bir gənc bankdakı müəyyən miqdarda pulunu ölmədən əvvəl kim/kimlərəsə vəsiyyət edə bilərmi?Bunun üçün prosedur necə olur və nə kimi haqqlarımız var?

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, vəsiyyətnamə tərtib etməklə vəsiyyət edə bilər.

  • Anar

    20 Noyabr, 2024

    Salam,övladı olmayan bibim vesiyyetname ile evini,heyetini mene vermişdi.xeberimiz olmadan diger bibim hemin emlakı öz adlarına keçiribler ve hemin vaxt ev sahibi bibim ćox xeste idi,özünü heç düzgün idare ede bilmirdi.bu durumda biz ne ede bilerik?

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, əgər vəsiyyətnamə olubsa və buna məhəl qoyulmadan əmlak digər bibinizin adına qeydiyyata alınıbsa siz bununla bağlı məhkəməyə müraciət edə bilərsiz. Hüquqi yardım üçün mənimlə əlaqə saxlaya bilərsiz: 051 949 86 58

  • Şərifova Pərvanə

    28 Yanvar, 2025

    Salam. Mən ikinci dəfə ailə qurmuşam 1 övladım var. Yoldaşımın 1ci yoldaşı və övladlarına etibar etmirəm çünki dəfələrlə təhqir edib mübahisəli vəziyyət yaradıblar. Vəsiyyət əsasında övladımın qəyyumluğunu mən öldükdən sonra qardaşıma vəsiyyət edə bilərəmmi? Yoldaşım yaşca 11 yaş böyükdü 53 yaşı var və mübahisəli vəziyyətlərdə heçkimə tərəf durmur özünü pis etmir yəni imkan yaradırki mən təhqirə məruz qalım. Əvvəlcədən təşəkkür edirəm.

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, belə bir məsələ qanunda nəzərdə tutulmayıb. Uşağın atası valideynlikdən məhrum edilməyibsə qeyd etdiyiniz halda uşaq atasının himayəsinə verilir.

  • Şərifova Pərvanə

    28 Yanvar, 2025

    Salam. Mən ikinci dəfə ailə qurmuşam 1 övladım var. Yoldaşımın 1ci yoldaşı və övladlarına etibar etmirəm çünki dəfələrlə təhqir edib mübahisəli vəziyyət yaradıblar. Vəsiyyət əsasında övladımın qəyyumluğunu mən öldükdən sonra qardaşıma vəsiyyət edə bilərəmmi? Yoldaşım yaşca 11 yaş böyükdü 53 yaşı var və mübahisəli vəziyyətlərdə heçkimə tərəf durmur özünü pis etmir yəni imkan yaradırki mən təhqirə məruz qalım. Əvvəlcədən təşəkkür edirəm.

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, sualınız əvvəlki şərhdə cavablandırıldı.

  • Akif

    3 Aprel, 2025

    Ata evi ölümündən sonra həyat yoldaşı və iki övladı arasında vərəsəlik üzrə bölünüb,indi ana öz payını bir övladına vəsiyyət etdikdə gələcəkdə digər ovladlarina yenə də pay düşür.

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, digər uşaqların ananın mülkiyyətindən məcburi pay almaq hüququ var.

Yazıya şərh yaz

Your email address and phone number will not be published. Required fields are marked *