3 Yanvar, 2024
2024-cü ildə alimentin məbləği 235 manat oldu?

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilib.
Yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur.
Yəni 2024-cü il üzrə bir uşağın saxlanması üçün minimum 235 manat tələb olunur.
Yaşayış minimumunun artması alimentin məbləğinə necə təsir göstərir?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Aliment ödəyən şəxsin heç bir gəliri yoxdursa aliment sabit pul məbləğində müəyyən olunur. Sabit pul məbləği müəyyən olunan zaman uşaqlar üçün yaşayış minimumu nəzərə alınır.
2024-cü il üzrə yaşayış minimumu bir uşaq üçün 235 manat müəyyən olunduğu üçün əvvəlki illərdə 235 manatdan az məbləğdə müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı maraqlı şəxslər məhkəməyə müraciət edə bilər. Məhkəmə işin hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 235 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.
Şərhlər
Elmar Hüseynov
15 Fevral, 2024
Salam men ilk evliliğimden olan övladıma aliment ödeyirem . Yeniden mehkemeye artırılması üçün müraciet edibler. Men indi yeniden aile hayatı qurmuşam övladım var .kirayede qalıram. Mehlemede bunlar nezere alınırmı
Hicrət Hüseynzadə
6 May, 2024
Qeyd etdiyiniz məsələ valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll olunur.
Həyat
1 İyul, 2024
İki uşağa nə qədər aliment düşür ata hec yerdə işləmir həm də mən yaşadığım ünvanda qeydiyyatdan çıxmışam mənə orada yaşayış hüququ düşür amma uşağları orada dünyaya gətirmişəm o vaxtı qeydiyyatda idim.
Hicrət Hüseynzadə
6 Avqust, 2024
2024-cü il üçün yaşayış minimumu 1 uşaq üçün 235 manat müəyyən edilib. Buna uyğun olaraq və işin halalrını nəzərə alaraq məhkəmə alimentin məbləğini müəyyən edir.