Nikaha xitam vermək üçün nə etməliyəm?
Nikaha xitam vermək üçün ilkin olaraq mediasiya prosesindən keçməlisiz, daha sonra məhkəməyə iddia ərizəsi və lazımi sənədləri təqdim etməlisiniz.
Azərbaycana gəlmədən hansı formada etibarnamə verə bilərəm?
Əgər, xarici ölkənin ərazisindəsizsə və vəkilə (və ya digər şəxsə) etibarnamə vermək istəyirsizsə, "Mobil notariat" sistemindən qeydiyyatdan keçməklə istədiyiniz formada etibarnamə verə bilərsiniz.
Azərbaycanda şirkəti necə təsis etmək olar?
Azərbaycanda şirkətin qeydiyyatdan keçirilməsi qaydaları sadələşdirilmişdir və ərizə forması, müvafiq sənədləri (nizamnamə və təsis qərarı) tərtib edib aidiyyatı orqana təqdim etməklə şirkəti təsis etmək mümkündür.