H Ü S E Y N Z A D Ə
3 Sentyabr, 2023

Ad və soyadı necə dəyişdirmək olar?

Ad və soyadı necə dəyişdirmək olar?

         Bəzi hallarda insanlar valideynləri (və ya onlara bərabər tutulan şəxslər) tərəfindən onlara verilən ad və ya soyadın dəyişdirilməsini istəyirlər. Bu, uşağa verilən adın mental dəyərlərə və yaxud Azərbaycan dilinin leksikasına uyğun olmaması, həmin adın cəmiyyətdə birmənalı qarşılanmayacaq dərəcədə qəribə səslənməsi və digər amillərlə bağlıdır.

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsi, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsi valideynlərin birgə xahişi ilə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının icazəsi əsasında həyata keçirilir.

Şəxs öz ad (və yaxud soyadını) dəyişdirmək üçün hara müraciət etməlidir?

Bunun üçün şəxs müvafiq sənədlərlə birlikdə qeydiyyat şöbəsinə (ZAQS idarəsinə) və yaxud konsulluq idarəsinə (əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayırsa) müraciət etməlidir.

Ad və soyadın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

Ad və soyadı dəyişdirmək üçün ərizəyə əlavə edilən zəruri sənədlər aşağıdakılardır:

  • Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
  • Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
  • Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  • Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  • Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  • Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  • Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd

Adın və soyadın dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 15 manat təşkil edir.

Hansı hallarda şəxsin ad və soyadının dəyişdirilməsinə yol verilmir?

1) ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə;

2) ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda;

3) müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə.

Bu və digər əsaslarla ad və soyadının dəyişdirilməsi ilə bağlı müraciətinə imtina cavabı almış şəxs inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edə bilər.

 

Şərhlər

  • Aqil

    17 May, 2024

    Ad ve soy adi deydirmesi

  • Səxavət

    9 Sentyabr, 2024

    Salam mən admı dəyşmək üçün bütün yazılanları etmişəm ama vaxdı uzadırlar özm rayonda ərizə verdm 4 ay keçb indi isə dedilər sənədlər bakıya göndəririk bilmirik nə vaxd gələcək bu doğrudu ya məni aldadırlar çünki əlavə özlərinə pul isdəyrdilər vermədm

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, bununla bağlı hüquqlarınızın pozulduğunu hesab edirsizsə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiz.

  • Gülyanə Məhərrəmova

    10 Mart, 2025

    Salam, sadəcə ad dəyişmə üçün vəkillə əlaqə saxlasam bütün bu prosesi birlikdə etsək təxmini nə qədər ödəniş etməli olaram?

    • Hicrət Hüseynzadə

      20 Aprel, 2025

      Salam, hüquqi yardım üçün mənimlə əlaqə saxlaya bilərsiz: 051 949 86 58. Qeyd etdiyiniz sualı telefon zəngi zamanı cavablandıra bilərəm.

  • anonim

    3 İyun, 2025

    Salam , valideyinlerimin mene verdiyi adi beyenmediyime gore adimi deyismek isteyirem nece deyisebilerem hara bas vurmaliyam melumat verebilersiniz zehmet olmasa

    • Hicrət Hüseynzadə

      27 İyul, 2025

      Bunun üçün müvafiq sənədlərlə birlikdə qeydiyyat şöbəsinə (ZAQS idarəsinə) müraciət etməlisiz.

  • Rəhim

    1 İyul, 2025

    Salam mən bu gün müraciət etdim adımı Eduard adına dəyişmək üçün müraciət etidm dedilər ki dilçilik üniverstetinə göndərəcəyik 15 günə cavab v çıxacaq sizcə Eduard adını qoymağa icazə verərlər?

    • Hicrət Hüseynzadə

      27 İyul, 2025

      Qeyd etdiyiniz sual hüquqi sual deyil, cavabı gözləməyiniz tövsiyə olunur.

  • Simuzər Hüseynova Məmmədova

    21 İyul, 2025

    Salam. Uşağın sadəcə adını deyişmek üçün hansı senedler lazimdir?

    • Hicrət Hüseynzadə

      27 İyul, 2025

      Salam, sualınızın cavabı məqalədə qeyd edilib. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiz: 051 949 86 58

Yazıya şərh yaz

Your email address and phone number will not be published. Required fields are marked *