H Ü S E Y N Z A D Ə
24 İyun, 2023

Sosial təminat hüququ nədir?

Sosial təminat hüququ nədir?

Hər kəsin sosial təminat hüququ vardır.Sosial-təminat hüququnun həyata keçirilməsi əmək pensiyaları və sosial müavinətlərin təyin edilməsi, ünvanlı dövlət sosial yardım, müavinət və təqaüdlərin alınması, əlilliyin müəyyən edilməsi və əlilliyin verilməsindən imtina edilən zaman hüquqların məhkəmədə müdafiəsi və bu hüquqla bağlı olan digər münasibətlərdir. Bu hüquq yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə aid edilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Sosial təminat hüququ, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrı-ayrı şəxslərin mənzillə, avtomobillə, dərman preparatları və reabilitasiya vasitələri ilə təminatını nəzərdə tutur.